“Özüm ən yüksək məqamı buraxdım, nədən hücüm edirlər?” - DAVUDOĞLUDAN TƏPKİ

  • Müəllif: admin
  • 06 İyun 2017 23:50

davudoglu

“Susanlar məni üzür”.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu doğulduğu Konya şəhərindəki Kanal42-yə müsahibə verən sabiq baş nazir və eks AKP genəl başqanı Əhməd Davudoğlu deyib.

Baş nazirlikdən və AKP genəl başqanlığından getdikdən 338 sonra ilk dəfə açıqlama-müsahibə verən Davudoğlu onlara qarşı laqeyd münasibətdən, etibarsızlaşdırma cəhdlərindən narazılığını bildirib.

“Mən özüm ən yüksək məqamı buraxdım, nədən hücüm edirlər? Bizə qarşı sanki bir etibar sui-qəsdi həyata keçirilir…”-deyə, o, sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info