
Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi daha 2 ev oyununun stadionu müəyyənləşib.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, millimiz sentyabrın 4-də San Marino yığmasını və oktyabrın 5-də Çexiya komandasını Bakı Olimpiya Stadionunda (BOS) qəbul edəcək.
Anar
Gununsesi.info





