
Gununsesi.info xarici mətbuta istinadən xəbər verir ki, Hindistanın kosmosa göndərdiyi ən böyük raket olan “GSLV Mark III” selfilər çəkərək dünyaya göndərir. Raketdən göndərilən ön çəkim fotoşəkillər böyük maraqla qarşılanıb.
640 tonluq raketin çəkdiyi və içində elə özünün də olduğu görüntülər Hindistan Kosmos Araşdırma Təşkilatı tərəfindən yayılıb. Daha sonra bu fotoşəkillər müxtəlif internet saytlarında və sosial şəbəkələrdə dəfələrlə paylaşılıb.
“GSLV Mark III” raketi 200 fil ağırlığındadır. Raketin müstəqil şəkildə şəkil çəkərək dünyaya göndərməsi Hindistanın ağır peykləri kosmosa yollamaq üçün Avropaya ehtiyacının azalması mənasını verir.
Bu raket 3 tondan çox yük daşıya bilir.
Bunu da qeyd edək ki, “Mars Orbiter” peyki da sosial şəbəkələrdə olduqca aktivdir. Peyk özünün Twitter sosial şəbəkəsindəki xüsusi hesabından tez-tez Marsın fotoşəkillərini paylaşır.
Gununsesi.info












