Bağdadi bizə hücum əmri verib – Prezident

  • Müəllif: admin
  • 11 İyun 2017 21:32

rodrigo-duterte-1

 

Maravi şəhərində İŞİD-ə qarşı aparılan hərbi əməliyyat üçün ABŞ-dan yardım istəmədik.

Axar.az xəbər verir ki, bunu Filippin Prezidenti Rodriqo Duterte deyib.

“Yardım üçün heç bir ABŞ rəsmisinə müraciət etmədim. Yardım təklifi etsələr belə, onlara təşəkkür edirəm”, – Duterte bildirib.

Prezident ABŞ-ın yardımı olmadan da Filippin Silahlı Qüvvələrinin böhranın öhdəsindən gələcəyinə inandığını qeyd edib.

Onun sözlərinə görə, Əbubəkr Bağdadi Filippinə hücum əmri verib.

Qeyd edək ki, Filinppin rəsmiləri İŞİD-ə qarşı aparılan əməliyyata ABŞ xüsusi təyinatlılarının yardım etdiyini bildirmişdilər.

 

Gununsesi.info