“Azan səsi eşitmək istəmirəm” - QHT SƏDRİNDƏN ŞOK SÖZLƏR

  • Müəllif: admin
  • 12 İyun 2017 10:36

2017-06-12-10-26-04559332_437695526315465_1209970742_n

Azərbaycanda “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva qeyri-adi fikir səsləndirib.
Gununsesi.info xəbər verir ki, sədr sosial şəbəkədə Azanla bağlı fikirlərini yazıb.
Belə ki, o bildirib ki, gecə vaxtı Azan səsi eşitmək istəmir:
“Kim nə deyir desin, mən gecə yarı mikrafonla azan səsi eşitmək istəmirəm. Xəstə var, başqa dinlər var, uşaq var. Onları niyə yarım xəstə etməlidir ki? Uşaq yatızdırmaq asandır bəyəm?”
Bu status sosial şəbəkədə birmenalı qarşılanmayıb.
Gununsesi.info