Müharibə veteranını xəstəxanaya köçürüblər

  • Müəllif: admin
  • 12 İyun 2017 13:36

19046748_10208810024077569_231965862_n-768x576

Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində ölüm aclığını davam etdirən müharibə veteranı Əliyev Həmid Rövşən oğlunun vəziyyəti pisləşdiyindən o, xəstəxanaya köçürülüb. 

Bu haqda Gununsesi.infoya məhbusun anası Minayə Əliyeva məlumat verib. 

O bildirib ki, Həmid Əliyev hazıda Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilib. “Oğlumun vəziyyəti hədsiz pisləşib. Bədən temperaturu 35 dərəcəyə düşüb. İndicə xəstəxanadan zəng edib dedilər ki, gəlin, oğlunuzu fikrindən döndərin, yoxsa öləcək”-, deyən Minayə Əliyevanın sözlərinə görə, hazırda Həmid Əliyevin vəziyyəti kritikdir. Lakin həkimlər onu fikrindən daşındıra bilməyiblər. 

Qeyd edək ki, Həmid Əliyev artıq 7 gündür ölüm aclığına başlayıb. O, məhkəmə sisteminə etiraz olaraq bu addımı atıb. 

Gülnaz Qənbərli

Gununsesi.info