6 yaşlı uşağı öldürən şəxsə hökm oxundu

  • Müəllif: admin
  • 14 İyun 2017 14:26

mehkeme

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məlik Meybullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Meybullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Bakının Binəqədi qəsəbəsində qeydə alınıb. M. Meybullayev idarə etdiyi avtomobillə piyada 6 yaşlı Turan Tahirlini vurub. Xəstəxanaya çatdırılan T. Tahirli 17 gündən sonra orda dünyasını dəyişib. T. Tahirlinin fiziki qüsurlu olduğu müəyyən edilib.

Gununsesi.info