
Oruc tutmaq insanlarda xərçəngə səbəb olan genləri qapadır.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb oruc tutanın siqaret və spirtli içkilər kimi zərərli faktorlardan uzaqlaşmasıdır. Ona görə də oruc tutanlarda xərçəng riski daha az olur.
Həmçinin iftar və imsaqda balanslı və az qidalanma da bədəndəki gənclik genlərinin fəallaşmasına, qocalmağa nəzarət edən yaşlılıq genlərinin bağlanmasına səbəb olur.
Oruc tutanlarda bədəndə olan 500-ə yaxın xərçəngə səbəb ola bilən gen avtomatik bağlanır. Bu haqda dünyanın bir çox elm adamları fikir səsləndiriblər. Belə ki, aclıq zamanı bədən yağları yandırır, nəticədə yıpranmış və qocalmış hüceyrələr bədəndən çıxır. Onların yerinə isə yeni sağlam hüceyrələr yaranır.
Mütəxəsislər hesab edirlər ki, oruc tutulanda uzun müddət ac qalsanız da, normada və sağlam qidalanma vacibdir. İftarda bir stəkan su və ən çox iki ədəd xurma, şorba, zeytun yağında hazırlanmış ət və tərəvəzlər yemək daha yaxıdır.
İmsaqda isə tərəvəz şorbası, iki ədəd kənd yumurtası, susuzluq yaratmasın deyə, bir dilim duzsuz pendir mövsümi tərəvəzlər yemək lazımdır.
Gülnaz Qənbərli
Gununsesi.info











