Tanınmış jurnalist vəfat etdi

  • Müəllif: admin
  • 24 İyun 2017 14:03

19429716_1511004358962019_880357002714227257_n1498298442

Uzun müddət müxtəlif mətbu orqanlarda çalışan jurnalist Mikayıl Yaqubzadə vəfat edib.

Bu barədə Gununsesi.info-ya mərhumun dostu Nəzirməmməd Zöhrablı məlumat verib.

O, həmkarımızın qəfil ölümünün onu tanıyanlarda dərin kədər hissi doğurduğunu vurğulayıb.

Mikayıl Yaqubzadə Lənkəranın Gərmətük kəndinin yetirməsi, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru idi. O, əvvəllər “Panorama”, “Xalq qəzeti” və digər KİV-lərdə çalışıb.

Allah rəhmət eləsin…

Gununsesi.info