Şəkidə 17 yaşlı oğlan müəmmalı şəkildə vəfat etdi

  • Müəllif: admin
  • 26 İyun 2017 11:02

olum

Şəkiyə qonaq gedən 17 yaşlı oğlan müəmmalı şəkildə ölüb.

Gununsesi.info bildirir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, iyunun 25-i axşam saat 21:30 radələrində Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Fətəli Əliyev ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı üzərində heç  bir zorakılıq əlamətləri aşkar edilməyən Fətəli Əliyevin vəfat etdiyi məlum olub.

Məlumatda bildirilir ki, F. Əliyev anası ilə birlikdə bir-neçə gün əvvəl Şəkinin Bolludərə kəndinə, kənd sakinlərindən birinin evinə qonaq gəlib.

Ölümün səbəbini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info