Azərbaycanlı çempionu öldürən sürücü saxlanılıb

  • Müəllif: admin
  • 29 İyun 2017 18:12

1498718679-1419

Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümündə təqsirləndirilən sürücü saxlanılıb.

Gununsesi.info-nun məlumatına görə, hadisəni törədən sürücü, 1962-ci ildə Masallı rayonunda anadan olmuş Məmmədov Əlifağa Abdul oğlu şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.

Xatırladaq ki, iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi “BMW” markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü R.Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

R.Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olub.

Gununsesi.info