12 saatda 66 milyon ağac əkildi –  Dünya rekordu

  • Müəllif: admin
  • 03 İyul 2017 22:20

1499099764-6277

Hindistanın Madya Pradeş ştatında ağac əkmə üzrə dünya rekordu qırılıb.

“Qafqazinfo” xarici KİV- istinadən xəbər verir ki, Namara çayı sahilində 1,5 milyon nəfər könüllünün iştirakı ilə 12 saat ərzində 66,3 milyon ağac əkilib.

Ağacəkmə aksiyasında 20 növ ağacdan istifadə edilib.

Bundan öncəki rekord isə Uttar Pradeş ştatında olub. Ötən il orada 1 gündə 50 milyon ağac əkilmişdi.

Qeyd edək ki, iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində imzalanan “Paris müqaviləsi”nə əsasən 2030-cu ilə qədər meşəlik ərazisini 95 milyon hektara çatdırmaq öhdəliyi götürüb. Hazırda Hindistan ərazisinin 24 faizi meşəlikdir.

Gununsesi.info