
Gununsesi.info xəbər verir ki, Bakıda iranlı turist parkda xəsarət alıb.
Gecə saat 02:00 radələrində Səbail rayon Üzeyir Hacıbəyli küçəsi 12 ünvanında yerləşən parkda İran İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Hamid Huseyn İsanın ayağı sınıb. 28 yaşlı şəxs xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, o, yıxılaraq ağır xəsarət alıb.
Gununsesi.info












