İsrail yenə Qəzzanı vurdu - FOTO

  • Müəllif: admin
  • 24 İyul 2017 11:12

02

İsrail Ordusu Həmas hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”na məxsusu müşahidə postunu bombalayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Kissifum hərbi bazasında yerləşən topçu birlikləri Xan Yunisdə “İzzəddin əl-Qəssam Briqadaları”na məxsusu müşahidə postuna raket zərbəsi endirib.

Belə ki, hücum zamanı xəsarət alan olmayıb. Hazırda Kissifum hərbi bazasında fəallıq olduğu bildirilib.

Bundan başqa İsrailin hərbi dəniz donanmasının gəmiləri Qəzzanın cənub sahillindəki balıqçı qayıqlarına atəş açıldığı, hadisədə ölən olmadığı qeyd edilib.

İsraildə internet informasiya portallarındaraket hücumlarının Qəzzadan sərhəd məntəqəsindəki Eşkol bölgəsinə raket atılmasından sonra reallaşdığı irəli sürülüb.

Qeyd edək ki, hadisə ilə bağlı İsrail Ordusu hələlik rəsmi açıqlama yaymayıb.

Anar
Gununsesi.info