2 abituryentin imtahan nəticələri ləğv olundu

  • Müəllif: admin
  • 28 İyul 2017 12:34

imtahan

Dövlət İmtahan Mərkəzi tərəfindən  iyulun 22-də Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanının nəticələrini elan edib.

Gununsesi.info xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 832 abituriyentdən 98 nəfəri imtahanda iştirak etməmişdir. 2 abituriyent imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

Gununsesi.info