“Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir…” - SƏFİR

  • Müəllif: admin
  • 31 İyul 2017 21:06

mehemmed-adil-embarx

“Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə jurnalistlərə Mərakeş Krallığın Azərbaycandakı səfiri Adil Embarx deyib:

“Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin biz BMTTəhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyirik. Eyni zamanda, məmnunuq ki, Azərbaycan da Qərbi Saxara məsələsində Mərakeşin mövqeyini dəstəkləyir”.

Diplomat bir neçə aydan sonra ölkəsinin xarici işlər nazirinin Azərbaycana səfər edəcəyini və birgə hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyini deyib.

Gununsesi.info