“Barsa”-nın fanatları Neymara qarşı aksiyaya başladı - FOTO

  • Müəllif: admin
  • 05 Avqust 2017 08:19

neymar-aksiya

“Barselona” klubunun fanatları Neymara qarşı aksiyaya başlayıblar.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, fanatlar Neymarın PSJ-yə keçməsini satqınlıq hesab edərək onun formasını yandırıblar. Artıq sosial şəbəkədə futbolçunun formasının yandırılması, zibil qabına atılması kimi kadrlar yayılır.

Fanatlar “Neymar-satqın”, “Biz səni bağışlamayacayıq” kimi şuarlar səsləndirilər.

Qeyd edək ki, Neymar 222 milyon avro qarşılığında Barselonadan PSJ-yə transfer olunub.

Gununsesi.info