Balakəndə Uşaq İncəsənət Məktəbi üçün yeni bina tikiləcək - SƏRƏNCAM

  • Müəllif: admin
  • 05 Avqust 2017 19:16

musavira-ilya-2

Balakən şəhərində Uşaq İncəsənət Məktəbi üçün yeni bina tikiləcək.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyevin avqustun 5-də imzaladığı “Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Gununsesi.info