
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 14:05-də başa çatıbr.
Anar
Gununsesi.info












