Bakıda “London Taxi”si qaçırıldı

  • Müəllif: admin
  • 14 Avqust 2017 12:18
599158b13d1bb_1493370042_londonta
Bakıda “London Taxi” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Pölis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil Baksol yaşayış sahəsində tapılıb.

Gununsesi.info