
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideo olduğu AKP-nin 2019 seçkilərinə hazırlıq starını verib.
Gununsesi.info “haber7”-yə istinadən xəbər verir ki, AKP 2018-ci ildə təşkilatda keçiriləcək seçkilərə işarə edib.
“Ancaq ən böyük və ilk sınağımız 2019-da olacaq. Ona görə də 2018-ci ilin mart-aprel aylarından etibarən partiyanın yerli təşkilatlarının toplantıları keçirilməli və biz təşkilata səs qazandıra biləcək namizədləri müəyyənləşdirməliyik. Namizədlərin müəyyənləşməsi zamanı isə uzun illərdən bəri davam edən mənasız və yersiz çəkişmələrə son qoymalıyıq”- deyə, Ərdoğan bildirib.
Gununsesi.info












