NATO hər bir təhdidə cavab verməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, bunu anonim NATO rəsmisi CNN-ə açıqlamasında “Financial Times”-ın İranın ABŞ-ın Avropadakı hərbi hədəflərinə zərbə endirməyə hazırlaşdığına dair yazısına münasibət bildirərkən deyib.
NATO rəsmisi bu ilin əvvəlində NATO Hava Hücumundan Müdafiə Sistemlərinin İrandan Türkiyəyə atılan raketləri uğurla zərərsizləşdirdiyini xatırladıb.
O qeyd edib ki, NATO-nun çəkindiriciliyi, müdafiə qüvvələri güclü və effektivdir.
Qeyd edək ki, “Financial Times” qəzetinə danışan iranlı anonim rəsmi ABŞ-ın eskalasiyanı artıracağı təqdirdə, Tehranın Avropada ABŞ hərbi obyektlərini hədəfə alacağını bildirib.












