İqtisadiyyatın daralması artıq müxtəlif sahələrdə özünü daha aydın göstərməyə başlayıb. Tanınan və reklamı yaxşı qurulan obyektlərin belə fəaliyyətini dayandırması vəziyyətin ciddi olduğunu göstərən əlamətlərdən biridir.
Gununsesi.info xəbər verir ki, bu sözləri tərcüməmi Sadiq Musa deyib.
O bildirib ki, əvvəllər boş obyekt tapmaq mümkün olmadığı halda, hazırda həmin obyektlərin böyük hissəsinin üzərində “İcarəyə verilir” elanlarına rast gəlinir.
Sadiq Musanın sözlərinə görə, ölkədə nağd pul kütləsinin qıtlığı da sahibkarlara təsir göstərir.
Nağdsız ödənişlərə tətbiq edilən limitlərin alış-veriş imkanlarını daha da çətinləşdirdiyini qeyd edən müəllif yazıb ki, bir çox insan sahibkarlıq fəaliyyətinə başlayaraq obyekt işlətməyə cəhd etsə də, maksimum bir neçə ay sonra fəaliyyətini dayandırmalı olur.
“Ən pisi odur ki, sərmayəsini itirir, gələcək iş qurmaq potensialı da əlindən çıxır. Ən yaxşı halda 400-500 manata işləyən işçiyə çevrilir. Halbuki sahibkar kimi qala bilsəydi, ən azı özündən başqa minimum bir işçisi də olacaqdı”, – deyə Sadiq Musa vurğulayıb.
Onun fikrincə, sahibkarlığın zəifləməsi yalnız obyekt sahiblərinin deyil, eyni zamanda məşğulluğun və yeni iş yerlərinin də azalmasına səbəb olur.
Elmar
Gununsesi.info












