Gəncənin Məhsəti qəsəbəsində 26 yaşlı İ.Alıyevin meyiti yaşadığı evdə aşkarlanıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü gəncin ölümünün səbəbi hələlik məlum deyil. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.












