Telli Pənahqızı aparıcıları tənqid etdi: “Yazıqdır bu dil, gəlin onu qoruyaq!”

Tanınmış telejurnalist Telli Pənahqızı bəzi aparıcıların danışıq tərzini tənqid edib

O, aparıcıları Azərbaycan dilindən düzgün istifadə etməməkdə ittiham edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial media səhifəsində paylaşım edib:

“Ay dəyərli həmkarlar, hörmətli aparıcılar, sponsorlu verilişlərin sahibləri!

Nə olar, Allaha xatir, dilimizi belə gülünc vəziyyətə salmayın. Onu qoruyun ki, bizdən sonra da bu dil gözəl, musiqili, rəvan səslənsin!

Salyanlılar demiş: “Başınıza dönüm sizin, bu nə danışıqdır, bu nə ifadələrdir, nə sözlər sırıyırsınız bu cavan uşaqların yaddaşına?”

Reklam edirsiniz, pul qazanırsınız, lap əla. Çox pakizə, halal xoşunuz olsun!

Ay başınıza dönsün sizi efirə buraxanlar da! Siz də yəqin bilməmiş deyilsiniz ki, sosiskalar, uşaq bezləri, çaylar, şirələr, sular… can-dildən sizə sponsorluq etsinlər?

“Sizin qazancınız 35 manat təşkil elədi” deyən aparıcı dərs oxumayıb? Ali məktəb diplomu almayıb? Səhnə danışığı dərsi keçməyib?

Ay dostlar, yazıqdır bu dil, gəlin onu qoruyaq!”

 

 

Şəbnəm 

Gununsesi.info