Prokuror Qubad İbadoğlunun qardaşına cəza tələb etdi

  • Müəllif: Orxan
  • 19 Avqust 2026 14:18

Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramovun ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror məhkəmədən Q.Bayramovun 5 ili sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini istəyib.

Qalib Bayramov Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə il öncə xitam verilmiş “QHT işi” 2025-ci ilin martında yenidən açılıb. İş çərçivəsində bir sıra vətəndaş cəmiyyəti fəalları həbs olunub, digərləri isə polis nəzarətinə verilib və ya barələrində axtarış elan olunub.

Təqsirləndirilən şəxslər bir qayda olaraq ittihamları rədd edirlər, hakimiyyətin sifarişi ilə təqib olunduqlarını deyirlər. (APA)

Gununsesi.info