12 yaşlı uşaq kanalda batdı

  • Müəllif: Orxan
  • 18 Avqust 2026 16:55

Samuxda 12 yaşlı uşaq kanalda batıb.

Gununsesi.infonun məlumatına görə, 2014-cü il təvəllüdlü Mirmusa Musayev Şəmkir Su Kanalının Samux rayonunun Qarabağlar kəndindən keçən hissəsində batıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub və meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam edir.

Gununsesi.info