İraq İrandan Hörmüz boğazı ilə bağlı güzəşt istədi

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 19:52

İraq parlamentinin sədri Heybət əl-Halbusi Rəsmi Tehranı Hörmüz boğazı vasitəsilə neft ixracı üçün ölkəsinə xüsusi şərtlər tətbiq etməyə çağırıb.

Gununsesi.info  xəbər verir ki, Heybət əl-Halbusi İranlı həmkarı Məhəmməd Baqir Qalibaf ilə söhbət zamanı İraqın regional hadisələrdən ən çox təsirlənən ölkələr sırasında olduğunu bildirib.

O, Tehranı iki ölkə arasındakı münasibətlərin xarakterini nəzərə almağa və qərarları İraqın iqtisadi maraqlarını qoruyacaq şəkildə qəbul etməyə çağırıb.

Qalibaf öz növbəsində İranın İraqla ticari və iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi.

Gununsesi.info