Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 19:40

Tovuzda yol qəzası baş verib.

Gununsesi.info  apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info