Sabah Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 20 avqust 2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin bir hissəsinin, həmçinin rayonun Vəndam, Tüntül, Yengicə və Nohurqışlaq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.












