
Hollandiyalı keçmiş futbolçu və maniken Denis Verbbas İslam dinini qəbul edib. O adını dəyişərək Denis Mühəmməd Abdullah qoyub.
Gununsesi.info bbc-yə istinadən xəbər verir ki İslamı qəbul edən 28 yaşlı hollandiyalı futbolçu və maniken Malayziyanın Johor Hanedanının şahzadəsi 31 yaşlı Tunku Tun Əminə İsgəndəriyyə ilə ailə həyatı qurub.
Toy mərasiminə 1200 çalayziyalı qatılıb. Xalq Johor Bahru əyalətinin Dataran Bandaraya meydanına toplanıb və oradan evdə təşkil olunan toy mərasimi ekran vasitəsi ilə izləyiblər.
Toy mərasimin ciddi hazırlıq işləri görülüb. Belə ki, toy keçirilən saray təmtəraqla bəzədilib. Küçələr bayraqla bəzədilib, toyun keçiriləcəyi sarayın ətrafında təhlükəszilik tədbirləri gücləndirilib.
Qeyd edək ki, Johor Malayziyada yeganə əyalətdir ki, özünün ordusu var və onun hanədanı böyük sərvətə malikdir.
Cütlük 3 il bundan öncə bir tədbirdə tanış olublar.

Gununsesi.info












