Prezident “Azərsu” ASC-yə 3 milyon manat ayırdı

  • Müəllif: admin
  • 15 Avqust 2017 17:58

imza

Azərbaycan prezidenti İlham Əliyev Bakının “Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Gununsesi.info