İran turistlər üçün səhiyyə xərclərini azaldır

  • Müəllif: admin
  • 15 Avqust 2017 19:20

xestexana

İran hakimiyyəti ölkənin səhiyyə xidmətlərinin xərclərini azaldaraq daha çox turist cəlb etmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu sözləri tibbi turizmə həsr olunan beynəlxalq görüşdə İranın Əmək və Sosial Müdafiə naziri Əli Rəbii bildirib. Nazir qeyd edib ki, turistləri ölkəyə cəlb etmək üçün tibbi xidmətlər kifayət qədər ucuzlaşacaq. Ölkənin paytaxtı Tehranda baş tutan bu tədbirə dünyanın 30 ölkəsindən olan səhiyyə işçiləri qatılıb.

Rəbii bildirib ki, İranda həmçinin sanatoriya tipli müalicə mərkəzləri mövcuddur. Nazir vurğulayıb ki, ölkəyə hər il heç olmasa, 1 milyon tibbi turist cəlb olunarsa, İranın bu sahədə illik gəliri 7 milyard dolları ötə bilər.

Gununsesi.info