Şəmkirdə kütləvi dava - İKİ NƏFƏR BIÇAQLANDI

  • Müəllif: admin
  • 16 Avqust 2017 09:27

KUTLEVİDAVA

Şəmkirdə kütləvi dava olub. 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunda fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb. Bir neçə nəfərin iştirakı ilə baş verən davada iki nəfər rayon sakini, 1986-cı il təvəllüdlü Toğrul Vəliyev və 1980-ci il təvəllüdlü İntiqam Rəhimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə-orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info