Məhkəmə nazirin qardaşının iddiasını təmin etdi

  • Müəllif: admin
  • 16 Avqust 2017 10:28

yavercama230160726

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda zərərçəkmiş Əlikram Camalov mülki iddia qaldırıb. Məhkəmə iddianı qəbul edib.

Ə. Camalovun vəkili isə jurnalistləri məhkəməyə verəcəyini deyib. Bildirib ki, mətbuatda Ə. Camalovun qardaşının və prokurorluqda işləyən qohumunun adı hallanır, bu isə yolverilməzdir.

Daha sonra Ə. Camalov ifadə verib. Bildirib ki, S. Nəbiyevlə münasibəti yaranıb, ona altı aya qaytarmaq şərti ilə pul verib. Lakin o, vədinə əməl etməyib: “Mən də istəmirəm ki, o tutulsun. Məni yaxınlarımla şantaj edir. Bu şantaj yolu ilə həll olunan məsələ deyil. Mən pulu ona köməklik məqsədi ilə verdim”.

Proses davam edir.