
UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, qarşılaşma 1: 0 hesabı ilə “Qarabağ” ın xeyrinə başa çatıb. Qolu 25-ci dəqiqədə Mahir Mədətov vurub.
Bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagen şəhərindəki Parken stadionunda keçiriləcək.
Anar
Gununsesi.info











