ABŞ Şimali Çin şirkətlərinə qarşı növbəti sanksiyalar hazırlayır

  • Müəllif: admin
  • 22 Avqust 2017 12:34

abs

ABŞ Şimali Koreya ilə bağlı Çin şirkətlərinə qarşı növbəti sanksiyalar hazırlayır.

Gununsesi.info “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu yolla Ağ Ev Pekini Şimali Koreyaya qarşı təzyiqi gücləndirməyə vadar etmək istəyir.

Vaşinqton hələ may ayında qərara alıb ki, Çin firmalarının Pxenyanın nüvə proqramını maliyyələşdirdiyini əsas gətirərək, onların maliyyə vəsaitlərini donduracaq.

Burada söhbət əsasən Çinin Dandong Zhicheng  şirkəti və daha 4 firmasından  gedir ki, hansı ki,  adışəkilən şirkət və firmalar Şimali Koreyadan kömür alıblar. Kömürün ödənişi isə ABŞ dolları ilə, 8 Amerika bankı  vasitəsi ilə həyata keçirilib.

ABŞ prokurorluğu  eyni zamanda Şimali Koreyaya maliyyə yardımı edən Çin firmalarının aktivlərini dondurmaq niyyətindədir.

Gununsesi.info