“Tək biz yox, bütün Azərbaycan xalqı qələbə arzulayırdı və…” - QURBAN QURBANOV

  • Müəllif: admin
  • 24 Avqust 2017 07:13

qurban

“Tək biz yox, bütün Azərbaycan xalqı qələbə arzulayırdı. Hər kəsi, bütün azərbaycanlıları təbrik edirəm”.

Gununsesi.info-nun məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə “Kopenhagen”ə 1:2 hesablı məğlub olmasına baxmayaraq, səfər qolunun hesabına mərhələ keçən Azərbaycan çempionunun çalışdırıcısı “İdman Azərbaycan” kanalının canlı efirində fikirlərini bölüşüb.

Q. Qurbanov tarixi nəticəni belə şərh edib:

“Düşünürəm ki, bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram. Oyuna gəlincə, ilk hissədə çıxışımız pis alınmırdı, əsas diqqəti müdafiəyə ayımışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Ev sahibi komanda istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı”.

O, yekunda transfer haqqında da danışıb:

“Transfer mütləq etmək istəyirik. Çalışırıq ki, heç olmasa, 1-2  oyunçu gətirək. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq”.

Gununsesi.info