Fazil Mustafa “Qarabağ”dan yazdı: TƏBRİK, TƏBRİK, TƏBRİK!!!

  • By admin
  • 24 Avqust 2017 00:58

kopennnnn

Bu millətə bu qələbə hava, su kimi lazım idi. Bizi sevindirən qəhrəmanlarımıza eşq olsun!

Qurban Qurbanov- Azərbaycanın böyük öğlu! Sənin rəhbərliyində Qarabağ adı dünya futbolunun ana səhifəsinə yazıldı. Bu dəfə qarşınızı ala bilmədilər. Demək ki, qalib gəlməyi bacarırıq.

Sadəcə, doğru təşkilatlanmamız əksikdir. Mobil, doğru təşkilatlanmış bir komanda inanılmazı bacardı! Abdulbarı Gözələ, Tahir Gözələ təşəkkürlər! Azərbaycan üçün ən böyük işi gördünüz!

Bu sadəcə futbol meydançasında qazanılan qələbə deyil! Bu həm də siyasi qələbədir. İnşallah millət olaraq, dövlət olaraq hərbi qələbəmizi də gerçəkləşdirərik.

Allah sizləri qorusun, fədakar “Qarabağ” komandası!

Fazil Mustafa,

Millət vəkili

Gununsesi.info