
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Bəcirəvan kəndindən keçən hissəsinə VAZ markalı minik avtomobili düşüb.
Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Axtarış aparılır.
Əlavə məlumat veriləcək.
Gununsesi.info












