Dünya çempionu Ramil Quliyev Berlində ikinci oldu

  • Müəllif: admin
  • 28 Avqust 2017 08:44

ramil quliyev

Türkiyə atletika tarixinin ilk dünya çempionu olan azərbaycanlı Ramil Quliyev Berlində keçirilən ISTAF oyunlarında gümüş medal qazanıb.

Gununsesi.info-nun Anadolu agentliyinə istinadən məlumatına görə, yüngül atlet kişilər arasında 100 metr məsafəyə qaçış üzrə yarışı 10.09 saniyəlik nəticə ilə ikinci sırada tamamlayıb.

Yarışmanı yamaykalı Julian Forte (9.91) qazanıb. Böyük britaniyalı Adam Gemili isə 10.10 saniyəlik nəticə ilə 3-cü olub.

Gununsesi.info