
Yevlax və Tovuzda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax şəhərində ümumi sahəsi 268 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 134 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Tovuz şəhərində isə ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə və 4 m2 sahəyə yığılmış 2 kub odun yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info










