
Bakıda “Shacman” sərnişin avtobusuna çırpılıb. Gununsesi.info xəbər verir ki, yol-nəqliyyat hadisəsi aeroport yolunda baş verib. “Shacman” markalı yük avtomobili 184 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusuna arxadan çırpılıb. Qəza nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Xəsarət alanlar ətrafdakıların köməyi ilə 3 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Yaralılar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “Shacman” yük maşının sürücüsünün sərxoş olması olub. Sürücü hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən sərxoşluq müayinəsinə aparılıb. Qəza nəticəsində “Shacman” yük maşının kabinəsi ciddi deformasiyaya uğrayıb. Hadisədən sonra nəqliyyatın hərəkətində sıxlıq yaranıb.Əraziyə cəlb olunmuş əlavə polis qüvvəsi sıxlığı qısa müddət ərzində aradan qaldırıb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info












