Neftçalada 6 otaqlı ev yandı

  • By admin
  • 04 Sentyabr 2017 16:30

yangin-turk

Neftçalada 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info verilən məlumata görə, Neftçalanın Xol Qaraqaşlı kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 6 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info