
“Bu gün Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmar lideri Aunq San Su Çi ilə görüşəcək”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında deyib.
Belə ki, M.Çavuşoğlu bildirib ki, Arakan əyalətində müsəlmanların qətlinin qarşısını almaq üçün R.T.Ərdoğan Qurban bayram günü bir çox ölkənin liderləri ilə telefon əlaqəsi saxlayaraq, problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə səy göstərib: “Biz də mümkün olan qədər bir çox ölkələrin xarici işlər nazirləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşürük. Hazırda R.T.Ərdoğanın təlimatı üzrə Qazaxıstanın paytaxtı Astana şəhərində liderlərin iştirakı ilə toplantı təşkil etməyə çalışırıq”.
M.Çavuşoğlu qeyd edib ki, R.T.Ərdoğan Arakan probleminin köklü şəkildə həllinə nail olmaq məqsədilə bir sıra addımlar atmaqdadır: “Bu gün Almaniya insan hüquq və azadlıqların pozulmasından danışır və davamlı olaraq bizə dərs verməyə çalışır. Dünən Almaniya Arakan müsəlmanlarının zülmü barədə bir şey söylədimi?Söyləmədilər, qorxdular ki, bir şey söyləsələr səslərini itirəcəklər. Butün bunlar eyni ilə müsəlman ölkələri üçün də keçərlidir. Biz birləşib məzlumların tək olmadığını bütün dünyaya göstərməliyik”.
Anar
Gununsesi.info












