
Myanma müsəlmanlarının problemini 20 dövlət başçısı ilə müzakirə etdim.
Gununsesi.info “haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bu məsələ BMT Baş Assambleyasının da sessiyasında gündəmə gətiriləcək: “Arakan müsəlmanları ilə bağlı 20-dək dövlət başçısı ilə telefonda danışdım. Bu görüşlərin heç də hamısı uğurlu olmadı. Çünki heç də bütün müsəlman ölkələri Arakan məsələsinə eyni həssaslığı göstərmir. Müxtəlif yanaşmalar var. Ancaq buna baxmayaraq, digər dövlət başçıları ilə də telefon danışıqlarımız davam edəcək”.
Gununsesi.info












