Müəllimlərin maaşı artacaq - YANVARIN 1-DƏN

  • Müəllif: admin
  • 06 Sentyabr 2017 17:36

59afd51b22354_1 manat pull

Bu ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqı 2018-ci il yanvarın 1-dən etibarən artırılacaq.

Bu barədə Gununsesi.info-ya Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib.

Gununsesi.info