
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatı artıb.
Gununsesi.info Mərkəzi Banka istinadən bildirir ki, ötən ay valyuta ehtiyatının həcmi 5.1 milyard dollar təşkil edib. Beləliklə iyul ayı ilə müqayisədə 90 milyon dollara yaxın artım müşahidə olunub.
İlin əvvəli ilə müqayisədə valyuta rezervləri 1.1 milyard dollar və ya 22 faiz artıb.
Qeyd edək ki, 2014-cü ildə devalvasiyadan öncə Mərkəzi Bankın valyuta ehtiyatı 15 milyard dollara yüksəlmişdi. Lakin neftin ucuzlaşaraq 40 dollara qədər düşməsi manata olan təzyiqləri artırdı. Nəticədə dollar manata nisbətən bahalaşmağa başladı. Mərkəzi Bank bazarda xarici valyutaya olan tələbatı ödəmək üçün rezervlərindən istifadə etdi. 2014-cü ilin dekabrında baş verən devalvasiyadan sonra manata olan inamın ölməsi prosesi daha da sürətləndirdi. Nəticədə qurumun rezervləri 2016-ci ildə 3.9 milyard olmaqla ən aşağı həddə düşdü.
Bu ilin əvvəlindən başlayaraq, manatın kursunun və neftin qiymətinin sabitləşməsi, habelə Neft Fondunun valyuta bazarına müdaxiləsi Mərkəzi Bankı nəfəs almağa imkan verdi. Yuxarıda statistikadan da göründüyü kimi, 2017-ci ildə ehtiyatlar yüksəliş xəttini tutaraq, 22 faizlik artıma nail olunub. Ekspertlər bu ilin sonuna kimi manatla bağlı gözlənitləri sabit olduğundan, valyuta ehtiyatlarının artımının davam edəcəyini düşünürlər
Vüsalə
Gununsesi.info












