
Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 313 minə çatıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığın rəsmi nümayəndəsi Danya Aslam Xan məlumat verib.
Belə ki, Danya Aslam Xan Arakanda (köhnə adı Rohinca) Myanma ordusu və buddist millətçilərinin hücumlarının başladığı avqustun 25-dən bəri 313 min müsəlmanın Banqladeşə keçdiyini bildirib.
Myanma ordusunun Arakana hücumları nəticəsində 60-dan çox kənd hədəfə alınıb, onlarla kənd yandırılıb, çoxlu sayda dinc müsəlman qətlə yetirilib.
Qeyd edəkki, Myanma hökumətinin beynəlxalq təşkilatların bölgəyə girişinə icazə verməməsi səbəbindən ölənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil.
Anar
Gununsesi.info












