
Bakının Buzovna qəsəbəsində güclü yanğın başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə milli.az-a yerli sakinlər xəbər veriblər. Onların sözlərinə görə, Xəzər rayonu Buzovna qəsəbədə güclü yanğın başlayıb. Yanğından çıxan tüstü o qədər güclüdür ki, az qala bütün göy üzünü alıb.
Hələlik yanğının dəqiq ünvanı və səbəbləri barədə məlumat verilmir.
Gununsesi.info












